Babayev Elşən Yadigar oğlu 1992-ci il yanvarın 20-də Rusiya Federasiyasının Samara şəhərində anadan olub. 1998-ci ildə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində S.Məhərrəmov adına 106 saylı orta məktəbin birinci sinfinə daxil olub. 2009-cu ildə həmin məktəbi bitirib. 2009-2013-cü illərdə Sumqayıt Dövlət Universitetinin Kimya və Bilologiya fakültəsinə bakalavr dərəcəsi üzrə ali təhsil alıb."Gənc Ədiblər Məktəbi"nin üzvüdür.
QAYIT HƏYATIMA, QAYIT, SEVGİLİM!
Ayrılıq qapımı döydü xəbərsiz,
Güllərdə ədəbi soldu səbəbsiz.
Bu gözlər bir daha gülərmi sənsiz,
Qayıt həyatıma, qayıt,sevgilim!
...Sən getdin qəlbimin sevinci getdin,
Sən getdin bağçamda tikanlar bitdi.
Sən getdin tənhalıq yanıma yetdi,
Qayıt həyatıma, qayıt, sevgilim!
Getmərm deyirdin xəbərsiz getdin,
Qəlbimdə bir dərin iz qoyub getdin.
Dodaqda bir quru söz qoyub getdin,
Qayıt həyatıma, qayıt, sevgilim!
Gedişin dünyama zülmət gətirdi,
Qəm, kədər gətirdi, qüssə gətirdi.
Bəlkə də əzail özün gətirdin,
Qayıt həyatıma, qayıt, sevgilim!
Cismimi ruhuma əsir qoymusan,
Xoşbəxtlik güllərin özün yolmusan.
Sən də mənim kimi yenə solmusan,
Qayıt həyatıma, qayıt, sevgilim!
Ayrılıq həsrəti ağırdı yaman,
Səni unutmağa yetərmi zaman?
Getmə, bircə anlıq yanımda dayan,
Qayıt həyatıma, qayıt, sevgilim!
Gedərkən qəlbimi özünlə apar,
Sənsizlik qəlbimə, inan, dərd qatar.
Sənsiz bu ürəyim vurmayar, yatar,
Qayıt həyatıma, qayıt, sevgilim!
Yuxu tez qurtardı? Biz tez ayrıldıq?
Bir buludtək gün çıxanda dağıldıq.
Yenə yalnızlıqla bərk-bərk sarıldıq,
Qayıt həyatıma, qayıt, sevgilim!
Anladım bu sevgi sadə oyundu,
Cismim xoşbəxtliyi yenə soyundu.
Eşitsəm, məhz bu gün sənin toyundu,
Səssizcə qəlbimdə söyləyəcəyəm:
"Qayıt həyatıma, qayıt, sevgilim!
LAL OLDUM, TUTMADI ƏLİM, AYAĞIM.
Dünən səni gördüm dəyişməmişdin,
Mənim sənə olan hisslərim kimi...
Dünən səni gördüm gülümsəmədin,
Üzümə gülməyən taleyim kimi...
Dünən səni gördüm - xəyaldın sandım.
İnana bilmədim gerçəkliyinə.
Sakitcə ah səkdim, alışdım, yandım,
İnana bilmədim dönüklüyünə!..

Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ