Düşüncələr.

Bu yazıya counter dəfə baxılıb
Günel GÜN (Lətifova Günel İzzət qızı) 1985- ci il avqust ayının 3-də Bakı şəhərində anadan olub. Bakı şəhəri F.Nəcəfov adına 266 saylı orta məktəbin məzunu olub. 2007-ci ildə Bakı Biznes Kooperasiya Universitetinin Maliyyə-Vergi Hüququ fakultəsini bitirib. Azərbaycan ,rus, türk, ingilis və digər dünya yazarlarının yaradıcılığı ilə tanışdır. 600- ə yaxın şeirin, 3 essenin və 1 dedektiv romanın müəllifidir. Musiqiyə olan həvəsindən dolayı 15-dən çox həvəskar bəstələri var, bəstələdiyi musiqilərin sözləri də Günel xanımın özünə məxsusdur. Bundan əlavə 2013 cü il aprel ayında Unisef və Gənclər Turizm Nazirliyinin birgə təşkil etdiyi ”Qısametrajlı filmlər”layihəsində, ssenarisi Günel xanıma məxsus olan “Səadət” filmi 3 yer almışdır. Günel xanım televiziya kanallarında dublyaj səslənməsində işləyir,Lider tv-nin efirində “Qida-mədəniyyətimiz”adlı layihənin baş redaktoru olmuşdur, eyni zamanda öz dilimizlə yanaşı rus, ingilis və türk dillərini bilir, şeirlərinin 200-dən çoxu türkcədir . Gənc şairəmizin yaradıcılığı fəlsəfi fikirləri ilə fərqlənir. Onun şeirlərində tanrıya inamı, həyatın fərqli hadisələrinə fərqli zəmində yanaşmasını sezmək mümkündür. Artıq Günel xanım “Günel Gün” təxəllüsü ilə oxucularını salamlamaq istəyindədir. Və bu ləqəbin izahını belə təhlil edir.”Hər yaradıcının fərqli dünyası var o dünya, kainatımızın günəşi ilə deyil öz günəşi ilə doğar və doğrular. Mənim dünyamı doğruldan günəşsə, məs adımdan sonra təxəllüsüm etibarilə doğan Gün ifadəsini təsdiq edən günəşdir. Ancaq bu təxəllüs mənim fikirlərimdə doğrulmasına baxmayaraq, öz ideyam deyil. Çox böyük və xüsusi hörmətim olan ,insanlığını çox sevdiyim, ən yaxın və ən əziz ifadələrini layiqincə qazanmış dostumdan hədiyyədir”.2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İdarə Heyətinin üzvüdür.
Düşüncələr.
Düşünürəm… bu anda mən nə görürəm? Görmək hissi düşüncəyə aid deyil. Düşüncədə hərflərdə samit deyil, sait deyil, Düşüncənin sonuda heç sabit deyil!
Düşünürəm gün gələcək… Bu sözləri yazan bamaqlar məhv olaraq gedecək. Nəyinki bu barmaqları, bu vücudu, bu varlığı Hər kəs yaddaşdan siləcək.
Bircə yad daş, görünəcək Soyuq daşlar arasında Rəsmi vardır daş başında Ismi vardır başdaşında.
Tək bununla, o kimsənin kimliyi kim? Xatirlərdə bilinəcək.
Düşünürəm … düşüncəmin soyuq düşüncələri ilə üşüyürəm. Bəs bu nədir? Bəlkə yox olmaq qorxusu Bəlkədə aşkar yuxusu, düşüncələr həyatimın Tək cavabı, tək sorğusu, Düşüncələr hisslərimin, söylədiyim sözlərimin Vardır onlarda qorxusu. Düşüncələr göz yumduqca yalnız görüntüyə gələr, Onların məkanı dəniz, rəngi şəffaf, meyyarı su?
Yoxsa dənizlərmi verdi, düşüncələri bizlərə? Ağlamaq hissi nə imiş biz hələ bilmirdik hələ Dəniz düşüncəni verdi,düşüncə dərdə çevrildi, Dərdsə qərq oldu gözlərə, deyə bilmədi sözlərə Dərd yenə suya çevrildi, göz yaşları süzülərək Bənzədilər üzdəki, qırışlar ilə yanağ dağından asaraq Görünən dolğun sellərə, Yenə sellər aşdı – daşdı, töküldülər dənizlərə. Düşüncələri dənizlər, dənizlər verdi bizlərə..? Düşüncələr ağıllını dəli edər. Düşüncələr insanı öz – özü üçün zəlil edən Düşüncələr vardan yoxlar, yoxdan heçlər Düşünsən ki, düşüncələr gəldi – gedər Dərin düşün! Düşüncəni, verən bizə, vermədiki düşün hədər. Rəbbim bizə bəxş etdiki düşüncəni, Yaşamaq üçün hər günü maraq olsun təzə yeni. Rəbbim bizə bəxş etdiki düşüncəni, Dərk edək biz yaradanı, dərk edək həvva – adəmi.
Həyat üstümüzə gəlir fərəhlə…
Həyat üstümüzə gəlir fərəhlə. Bizsə gedəcəyik addımba-adım Bu gün dalaşarsan daşla- kəsəklə Dön! Və üzür istə addımba-addım
Dünən dili laldı, bugün gözü kor Sabahsa qulağı eşitməyəcək. Artıq pislikləri cin, şeytan deyil onların yerinə insan edecək.
Kiçik bir uşağa sual verirəm, Cavabında mənə “bilmirəm” deyir! Atası örgətmiş yoxsa anası, Ancaq bilirəmki bu belə deyil Bugunki zamanda bugün doğulan, Dündən bətinində şeytanlıq edir.
Dostum bu sözləri məcazi dedim, Insanı gözü kor lal və kar dedim Indidə izin ver dediyim sözün Bildiyim qədərlə izahın edim.
Dedim:- gözü kordur demədim görmür Sən bugün gördüyün o dünən görmüş Elə bir əməllə durub qarşında Sən sabahda onu görməyəcəksən Bəlkə görə bildin ahıl yaşında.
Dedim:- dili laldı demədim dinmir Sən dediklərinə o qulaq asır Məgər bilmirsənmi ağıl hey susur Danışanda yalnız hiylə danışır
Dostum deyəcəksən axı eşitmir Mənim dediklərim hardan duyacaq. Ona duyduğunu qulaqlar deyil, Yenədə yenədə hiylə deyəcək.
Həyat üstümüzə gəlir fərəhlə Bizsə gedəcəyik addımba- addım Bugün dalaşarsan daşla kəsəklə Dön! Və üzr istə addımba-addım.
Dostum bu dünyada hiylələr qurma O dünyada yerin cəhənnəm olar Daşı kəsəyidə incitmə, qırma Rəbbim yaratmışsa haqqını sorar.
Qorxu
Keçmişdən bu günə bir sirrlə gəldim, Içimi içimdə mən hər an yedim, Həqiqəti dandım, dana bilmədim, Qorxduğum fikirlər məndən qaçsa da, Mən nə qədər qaçdım, qaça bilmədim. Istədim söyləyim qorxularımı, İstədim toplayım yaxınlarımı. Istədim o qorxunc yuxularımı, Qışqırım ətrafa səs-səda kimi. Çiskin yağış kimi, coşqun çay kimi, Canlı təbiətə açım sirrimi. Nə qədər istədim aça bilmədim, Sıçraya bilmədim, saça bilmədim, Qorxular! Bəzən çox bəsitlər, bəzən dolğunlar, Qorxular! Insanın beynini gəmirir onlar, Qorxular! O aləmdə qalma, səni boğarlar. Bir qorxu məhv olsa, biri doğular. Mən nədən qorxuram, niyə qorxuram? Bəlkə bunu bilsəm, mən heç qorxmaram. Doğulub-yaşayıb, mən yox oluram, Ən böyük qorxum da bu yoxluqdadır. Elə bu səbəbdir mən hey qorxuram, Müxtəlif qorxular sarır qəlbimi, Müxtəlif şübhələr tutur dilimi. Bir də görürəm ki, əyib belimi, Artıq nə etsəm də mən heç qorxmuram, Qorxumun yerinə günlər sayıram. O anda bir şeyi dərk edir insan, Nəyi dərk etmişsə, qanmışsa əgər, Nələr yaşamışdır bu günə qədər. Demə, qorxu imiş bunu səbəbkar, Sevgi də qorxudur, nifrət də qorxu. Dərk etmək də qorxu, iffət də qorxu. Həyatda yaşamaq, var olmaq qorxu, Ölümə hazırlıq, yox olmaq qorxu. Bütün hissilərə sızmış bu qorxu, Bəzisi anlayır, anlamır çoxu, Elə bilirlər ki, ötər bir hissdir. Elə bilirlər ki, zamanla keçir. Bu qorxu insana nələri deyir, Hətta düşmənin də hirsdən oyansa, Qarşında acıqla, kinlə dayanssa. Qəlbindəki qorxu daha qorxuncdur, Onun dediyini düşmən deyəmməz. Bax, budur! Qorxumdan hər an qorxuram, Qorxumu özümə bəyan edirəm. Qaçıram qorxumdan, hey qorunuram, Nə qədər qaçsam da, hara gedirəm? Yenə də özümlə, qorxumla birəm, Qorxunun da azı, çoxu var, inan! Ən böyük qorxumuz Uca Allahdan! Tək qorxum budur ki, ondan qorxmağı, Bir gün silər, alar kiçik ağlımdan. Dua edirəm ki, uca Rəbbimə, Bu müdrik qorxunu çox görmə mənə. Qoy qorxu yaşatsın bir ömür məni. Qoy qorxu səslənsin ömrün dilqəmi, Qorxu – qəlbdə yara, dildə dil qəmi. Qorxudan dərs aldım hər düşüncəmi, Qorxuyla qazandım itirdiyimi. Qorxuyla yaratdı, yaşatdı məni, Qorxuyla bitəcək həyatın dəmi. Unutma! Allahdan gələn qorxunu, Unutma! əvvəli, nə də sonunu!
Acı məhəbbət
Bir gün görəcəksən bu məhəbbəti, Sorağı dillərdə əzbər olacaq. Mən qəlbimdən onu küsdürmürəm qəti, O özü küsəcək, özü qaçacaq.
Səni sevdiyim gün yadımda deyil, Ürəyim oynayıb həlqədən çıxdı. Onu çağırsam da dönəsi deyil, Çünki ali sevgim cavabsız qaldı.
Ilk eşqin gücünü eşitmişdim mən, Qüdrətli olduğun hardan biləydim. Indi bilirəm ki, sevməmisən sən, Axı sevdiyimi necə görəydin?
Qəlbim alışsa da, yansa da hər an, Bilmirsən sevmədən sevəcək səni. Gün gəlib sevgimi anlayan zaman, Bəlkə gec də olsa sevərsən məni.
Acı məhəbbətdir! neynim, dözürəm, Qələmim dözməyib bunu yazacaq. Bu nəmli cismimin, qəmli hissimin, Odu sönə bilər, külü qalacaq.
Yağış
Yağış! Sanki yağar ikən milyon insanın Əlləri göylərdə eyləyir alqış. Yağış! bu müəmma nədir? O bizləri yalnız fikrə qərq edir.
Yağış! düşüncəylə boğur, deyir ki, danış! Dərdləri qaytarır göz yaşlarıyla. Bir maye incisi,verir ürəyinə min dərd sancısı Həm goydən, həm gözdən kədər süzülür dən-dən, Dərdləri görürsən sən damla-damla.
Yağış!.. Ilk əvvəl adına dedim mən alqış! Sonra sən dərd oldun ürəyi sancmış. Sonra su dənəsi damlaya dönmüş Bu bənzətmələrim həqiqətmi de, yoxsa yalanmış?!
Yağış! Dünyaya göz açdım, biz olduq tanış, Hələ danışmırdım, həkə dinmirdim. Amma yağış nədir bilmirdim, Bax, bu sirri mənə cavab ver, yağış!
Yağış! Bəlkə də üstünə çox gəlirəm mən, Incilmə, qırılma mən etdim yalnış. Sən də bir varlıqsan yağıb yaşarsan, Insanlarsa səni möcüzə sanmış.
Yağış! Inan ki, canlısan, isbatlanmamış. Sadəcə yaradan belə buyurmuş. Torpağa susan sən, havaya buxar, Biz insanlar yalnız heyrətlə baxar.
Bəzən narın yağar, bəzən gur yağar, Yağış! Yağış! Yağış! Sən qəm möcüzəsi, mən vurğun tanış Gəl! Bu möcüzəni mənə də danış!
Aşkla, arkadaşlık.
Aşkla, arkadaşlık Yürüyordu bir yolda Aşk sorular sorurdu, Bu uzun yolculukda. Bir soru daha sordu, Arkadaşlık bir durdu Söyledi ehh dinliyorum:, Şimdi sorun neymiş aşk? Aşk söyledi nolursun Üzülme şu soruma: Ben dünyada yaşarken Sen niyçin yaranmışsın? Şunu cevaplasana! Arkadaşlık yinede bir düşünüp, Bir bakdı, Soruya cevap yakdı. Söyledi aşk sen varmısın Sen yaşanar bitersin. Arkanca burakdığın Hiç dönüp bakmadığın Üzüntüyü, acıyı Ben teselli ederim. Sen yenisin kırınca Ben ötekin kururum. Şimdi anladınmı aşk, Ben niyçin yaranmışım?! Senin kıramadığın Öfkeyi ben kırmışım. Senin kuramadığın Yuvayı ben kurmuşum. Sen yaşanar bitersin, baksana Ben hep yaşarmışım…
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ