İntiqam YAŞAR: "Anam"...

Bu yazıya counter dəfə baxılıb
Anam...Anam, əllərinin qırışı qədər,
Mənim üz-gözümə qırış qonacaq,
Bir az da, bir az da oxşa balanı.

Qəlbinin məhəbbəti,əlinin hərarəti,
Barmaqlarından keçib üz-gözümdə donacaq.
Bir az da, bir az da oxşa balanı.

Oxşa, nəvazişə ehtiyacı var.
Bəlkə, yaraları azca sağala.
Bilirsən, nə qədər ehtiyac duyur?!
Titrək əllərindən gələn sığala.
Bir az da, bir az da oxşa balanı.



Çox, xoş üz göstərən olur adama,
Tək sənin təmasın səmimi, isti.
Xoş üz "səxavət"i göstərən çoxu,
Səmimi olmaqda yaman xəsisdi.
Bir az da, bir az da oxşa balanı.

Enişlər-yoxuşlar çıxdıqca önə.
Başı daşdan-daşa dəyər adamın.
Üzə gülənlərin saxtalığını,
Qulağı sonradan, duyar adamın.

Bir az da,bir az da oxşa balanı.
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ