Hisslər,
duyğular yenə incələr,
Xəyalı
gözlərim önündən keçər,
Qəlbimi
xəncərtək içindən bölər.
Dediyim
hər sözdən küsüb inciyər,
Incimiş
baxışlar gözümdən keçər.
Peşmanlıq
məni içimdən üzər,
Nazlı
yarım mənə gözlərin süzər.
Bu
halım yuxumu qovar gecələr,
Dərdindən
odlanar ürək üzülər.
Qəlbimin
acısı gözümə dolar,
Əriyən
şam kimi axıb tökülər.
Fikirlər
beynimi parçalar, didər,
Eşqimə
şahiddir tənha gecələr.
Könlünü
almadan gözəl yarının,
Etibar
gecələr necə dincələr?!
Gözləməklə
bitərmi bu gecələr,
Acılar,
əzablar artar gecələr.
Bütün
həytıma cəllad gecələr,
Istəmirəm
qalım tənha gecələr.

Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ