Elxan Sultanlı: UZAQLARDAN MƏKTUB

Bu yazıya counter dəfə baxılıb

Özkeçmiş
Elxan Sultanlı 1996-cı ildə Bakı şəhərində anadan olub. 2013-cü ildə Bakı şəhəri, Sabunçu rayonu N.Nərimanov adına 128 orta məktəbdən məzun olub. Hazırda Bakı Texniki Kollecində təhsil alır.


UZAQLARDAN MƏKTUB
Mən Razi Barre Somalinin Mogadişu şəhərində yaşayıram. Əgər yaşamaq demək olarsa. Mənim 16 yaşım olmasına baxmayaraq, 30kq çəkim var. Mən yaşda olan normal uşaqların 50-60 kq və daha artıq çəkisi olmalıdır əslində. Amma Somalinin indiki gəncliyi maksimum 40 kq cəkidə qiyaslanır. Burada təhsil də acınacaqlıdır. Təkcə bölgələrdə deyil, elə paytaxtın özündə də uşaqlar heç ibtidai təhsil belə ala bilmirlər. Kitab və dərsliklərdənsə ümumiyyətlə söhbət belə gedə bilməz. Ölkə böhran vəziyyətindədir. Xalq yeməyə çörəyi güclə tapır, buda günlük normanın 30%-ni belə ödəmir. Gün ərzində azı 50 nəfər dünyasını məhz aclıqdan dəyişir. Ölkənin ən böyük problemi isə su problemidir. Bildiyiniz kimi, Somali isti və sərt iqlimə malik bir ölkədir. Ona görə burada suya olan tələbat da çoxdur. Hətta mən deyərdim ki, ölkədə aclıq və səfalətdən də birinci yerdə su problemi durur. Dünyanın ¾- nün su olmasına baxmayaraq bunlardan cəmi 1%-i içmək üçün yararlıdır. Siz azərbaycanlılar suya lazımınca qiymət vermirsiniz. Bilmirəm, niyə siz və dünyadakı əksər xalqlar suyun qiymətini, onun həyati önəmini ya görmürlər, ya da görmək istəmirlər? Mən özüm dəfələrlə susuzluqdan yaxa qurtarmaq üçün yararsız sulardan içmək məcburiyətində qalmışam. Somali və bir çox Afrika ölkələrindəki insanlar da mən kimi çirkab sularından içmək üçün istifadə edirlər. Bütün bunlarsa özlüyündə müxtəlif iltihabi xəstəliklərə gətirib çıxarır. Onsuzda xəstəliklər, aclıq və səfalət ölkəni cənginə alıb, bir də bu tip problemlər ortaya çıxır. Hər il BMT-də Somaliyə təkcə su yardımı üçün 1.000.000 ABŞ dollarından çox vəsait ayırır. Beynəlxalq təşkilatlar və bir çox inkişaf etmiş ölkələrin yardımları ilə ildə milyonlarla litr içməli su və ərzaq ölkəyə gətirilsə də bütün bunlar heç xalqımızın 10% ehtiyacını ödəmir. Əksinə xalqı daha da acınacaqlı vəziyyətə sürükləyir bizi, çünki ölkəyə edilən bu biçimli yardımlar borc xarakterlidir ve gec tez geri ödənilməlidir. Bu vəziyyətdə olan dövlət üçün bu qədər borcu geri ödəməkdə özlüyündə böyük iqtisadi problemlərə yol açır. Bu il avqust ayında kiçik qardaşım Muhammed Barre susuzluğa dözməyib 40 dərəcədən də yuxarı temperaturda vəfat etdi. O dəhşətli gündə qardaşımla birgə ətrafda yaşayan 5 uşaq da dünyasını dəyişdi. İldə 100-lərlə belə uşaq dünyasını dəyişir. Susuzluq o həddə çatıb ki, hətta sərin keçən noyabr, dekabr aylarında ölkədə hər adam başına düşən suyun miqdarı 1 litri keçmir. Hələ bu qış aylarındadır. Yaz və yayda adam başına heç 300qr belə su çatmır. Normal insan gündə 7-10 litr su tükətməli olduğu halda bizim vətəndaşlar hətta dekabr ayında 1 litr suyu güclə tükədirlər. Nəzərə alsaq ki, qəbul olunan bu su normanın heç 10- 15%-ni belə təşkil etmir və mənşəyi bilinməyən yerlərdən, yəni gölməçələrdən və s. içilirsə, bizim halımızı təsəvvür edə bilərsiniz. Düzdür, ölkədə mineral su qaynaqları olsa da, heç bir faydası yoxdur, çünki ölkədə gedən iqtisadi böhran bu tip yerlərdən istifadəyə icazə vermir. Siz də, mənim məlumatlarıma görə, badamlı, sirab və s. mineral su qaynaqları var. Sizə tövsiyəm, o suların hər damlasından səmərəli istifadə edin. Sizin hətta qıyıb heyvanınıza vermədiyiniz çirkab suyuna belə biz möhtacıq və o suyun bir damlası bizə hava, su kimi vacibdir. Unutmayın, həyat üçün vacib dörd ünsürdən biri də sudur. Bakı və ətraf rayonlarda içmək üçün yararlı sular bilərəkdən kanalizasiya sularına qatılır. Bu hallara qəti yol verməyin! Hər şey sizdən başlayır. Əziz həmyaşıdlarım, çalışaq nə sizin, nə də bizim ölkədə su boş yerə işlədilməsin. Məndə sizlə bir yaşdayam, düzdür, təhsilim sizin qədər güclü, yaşayış tərzim sizin qədər yaxşı olmasa da, mənim də yaşamağa haqqım var hər bir insan kimi. Yaşamaq üçün də hava, od, torpaq kimi su da vacibdir. Unutmayın! Bu məktubu sizə mən yazdım, Razi Barre Somalidən...Düzdü mən bunu başqasının adından yazdım, amma kimsə yazdıqlarmı oxuyub fikrində müəyyən qədər dəyişiklik yaranarsa çox xoşbəxt olaram... Həmyaşıdlarıma səslənirəm, SUYU QORUYAQ!!!

Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ