İntiqam Yaşar: KÖHNƏLİB

Bu yazıya counter dəfə baxılıb
KÖHNƏLİB
Şeirə köhnə deyən, sözə xor baxan,
Hava da köhnəlib, su da köhnəlib.
Bu dünya özü də yaman köhnədir,
Sıradan qalmayıb bu da köhnəlib.

Dünyaya nur verən ona rəng qatan,
Gördüyün günəş də köhnə günəşdi.
Aləm yaranandan bir gün ötəli,
Təzə günəşimiz çox köhnələşdi.

Mənim də dərdlərim yaman köhnədi
Dəyiş dərdlərimi, dəyiş təzələ.
Köhnə dərdlərimlə aram yoxdu heç,
Bəlkə təzələrlə aram düzələ.

Dünyada bir doğum, bir ölüm təzə,
Onu da bir dəfə dadır insanlar.
Qalan hər nə varsa köhnə-kürüşdür,
 Dəyişsin “hər şeyə” qadir insanlar.

Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ