GunEl Treu - sən mənim qəm otağımsan

Bu yazıya counter dəfə baxılıb

sən mənim qəm otağımsan,
yığılıb səndə qalmışam.
pəncərəsi, qapısı yox,
necə cıxım bu otağdan?
dolub sözlə boğazacan,
boğulub səndə qalmışam.

sən mənim qəm otağımsan
yalquzağam bu otağda.
suallarım cavabsızdı
öz-özümə danışıram
dəli kimi.
varsan deyə insanlardan,
cox uzağam bu otağda.

sən mənim qəm otağımsan
bir az yorğun, bir az səssiz
indi sənin əvəzinə,
dizlərimi qucağlayıb
oturmuşam
üşüyürəm
yenə tənha və kimsəsiz...

sən mənim qəm otağımsan
hara getsəm yenə gəlib
divarına sığınıram.
sanki yanımdasan kimi,
qapılıram xəyalına.
külək acanda qapını
diksinirəm,
sən sanıram
yanılıram...
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ