Günay Ümid - Sayıqlama

Bu yazıya counter dəfə baxılıb
Çəkir pərdəni…
Pəncərənin o tayında
bir şəhər ağlayır
Bu şəhərin gözləridir
pəncərələr…

Qlamur vitrinləri,
Maneken kuklaların soyuq təbəssümü
Və bu şəhərin gözlərindən baxan insanlar…

O da hər gun….
Hər gun zəngli saat qurar
yatmazdan öncə
Amma hər gün gecikir yaşamağa...

çeynəyib tüpürər söyüşlərini
cibindən cıxardığı portmanatının icinə…

Onu yaxşı tanıyar
Küçədə bir bədən qucağı olan skamyalar…

Hə…
Yenə gecə düşər…
Ay boylanar bu şəhərin gözlərindən
Və o...
yenə zəngli saatını qurar
Uçurduğu umidlərinin
İnam yerinə…

28:05:2014
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ