Tural Sahab - Sevgi duası

Bu yazıya counter dəfə baxılıb

                                      
Bir ümman, bir sahil
Bir də balaca bir dalğa
Sahillə ümman arasında qalan
Balıqların göz yaşlarında yorulan
Ümmanın arzusu sən
Sahilin ümidi sən
Və o dalğa və mən
        ***
Qağayıların caynaqları yaralayır
Ümmanın bağrında məni
Ümman da, sahil də istəyir ölməmi
Qağayı caynağındakı balığın
Son çırpınışı mənəm
Istəsən sən
Havada susuz qalsam da ölmərəm
       ***
Mənim ki, yaralı bir ümid
Özünü sahilə vuran
Qumlar üzərindəki ayaq izlərində yorulan
Sonuncu baxışımdı, ilk duam
Və ilk ümidim deyil bu, alnından vurulan
        ***
Bir ruzigar, bir fırtına
Ümman özü dalğa olar
Ayaq altında qalar sahillər
Qağayılar, balıqların göz yaşları ilə vurular
Və sən olarsan son sevgim, ilk qələbəm
Və gözəllik

Və sevgi olaram, mən.
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ