Bəlkə də bu bir yazıdır,
üreyimiz qırılmaqçün yaranıb,
Bəlkə özü də ele buna razıdır.
ürəyimiz qırılmaqçün yaranıb.
Həyatın gedişinə,
hərdən yüksəlişinə,
hərdən bir enişinə.
şahidlik etmək üçün,
Bir az ayaqlaşmağa,
sevinclə rastlaşmağa,
qəmlə qabaqlaşmağa.
Bunları görə-görə,
Ürəyimiz yorulmaqçün yaranıb.
Hədəfə dəyməyəndə,
atılan mərmilərin qəlbi sınmasın deyə,
Vurulmamış hədəflərin yerine,
Ürəyimiz vurulmaqçün yaranıb.

Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ