Bəzən insan elə hesab
edir ki,O hər gün yaşayır yeyir, içir normal bir həyat tərzi keçirir lakin dərk
etmir ki,O hər gün həyatından bir gün də itirir.itirdiyimiz hər günə baxaraq
ondan nəticələr çıxarmaqı bacarsaq onda yaşamağı da bacararıq. Dünən bir
hesablama apardım ki,görüm neçə gün ömrümdən gedib demə “onbir min,səkkiz yüz,
yetmiş beş” gün mənimlə vidalaşıbmış,bu günlərdən bəlkə də əlli gün
yaşamışam.Günün əvvəlində itirdiyim günlərimə görə kədərlənmişdim lakin saat
15/00da isə qələm yoldaşımız “Məcməüş şuaranın” rəhbəri,Şərqşünas,Professor
Şahin Fazilin “İran səfərnamələri” adlı kitabının təqdimat mərasimində iştirak
etmək üçün dəvət almışdım.Mən mərasimə daxil olduqda artıq mərasim on beş dəqiqə
idi ki başlamışdı.İndiyə qədər bu insandan yalnız ata qayğısı görmüşdüm necə
ola bilərdi ki,onun belə bir şad günündə yanında olmayım?! keçib oturacaqların
birində əyləşdim hər kəs çıxış etdi ürək sözlərini söylədi kitab haqda qısa məlumatlar
verildi sıra gəldi mənə çatdı Səkinə xanım gətirdiyi çiçəkləri çıxışından sonra
mənim Şahin müəllimə hədiyyə etməyimi istədi böyük məmnuniyyətlə qəbul etdim və
dərhal çicəkləri götürərək asta-asta addımlarla səhnəyə yaxınlasıb Şahin müəllimi
təbrik etdim.Səhnədə bir neçə ay əvvəl yaşadıqım maraqlı hadisə yadıma düşdü
bir gün çox hörmətli Gədəbəyimizin fəxri olan gənc alim Prezident təqaüdçüsü
Ruşan Ruşanzadə ilə görüşlərimizin birində yol keçməli olmuşduq maşınlar
dayanmırdı amma Ruşanı bir anlıq yolun tən ortasında görəndə qeyri adi təlaş
keçirərək qışqırmaqa başladım neyləyirsiniz maşın sizi vurmazmı!!! Ruşan işarə
etdi Gülnarə xanım narahat olmayın gəlin, yolu keçdikdən sonra dedi: unutmayın
ki, yolu insana kimsə verməz insan özü o yolu insanlardan alar!o sözlər bir heçə
həftə düşüncələrimi rahat buraxmadı atalar sözü qədər qiymətli olaraq mənim həyatımın
bir hissəsinə çevrildi.indi də çiçəkləri Şahin müəllimə hədiyyə etdikdə Ruşanın
sözləri yadıma düşdü dedim; Şahin müəllim bəlkə buraya təşrif buyurmuşkən bir
iki kəlimə də mən ürək sözlərimi söyləyim? Şahin müəllim dedi: əlbətdə Gülnarə
buyur söz sənindir aparıcıya üzünü tutub dedi: Gülnarə öz ürək sözlərini demək
istəyir. Aparıcı buyurun xanım-özünüzü tanıdın.mikrafona yaxınlaşdım.-Üzümü
zala tutaraq- -Mən Gülnarə İsrafilqızı “məcməüş -şüəra” nın üzvlərindən biriyəm.
Sizləri salamlayır,bu gün Şahin müəllimin
sevincinə şərik olduğunuz üçün hamınıza dərin minnətdarlığımı bildirirəm.Onu
deyim ki, məntiq elminə əsasən şairlik qalaq-qalaq kitab oxuyub mütailə etməklə
deyil,insan dünyaya doğulduqda, onunla bərabər doğulur.Şahin müəllim təkcə
professor,sair,deyil həm də gözəl bir insandır dindarlıq onun əməlində,baxışlarında
həyasında varlığında öz əksini tapmışdır mən çox səmimi deyirəm bu sözlərimi
daima ondan ata qayğısı görmüşəm Ona uğurlar arzulayıram və xahiş edirəm mənim
indi söyləyəcəyim şeri özünü leklam edirmiş kimi qəbul etməyəsiniz. Ey insan!
Sübh çağı hər yan şəfəq Ağac əyir başını, Yaradanın qulu tək. Hətta ilham
alıbdır, Bu dünyanın daşı da. Mələklər endirərkən, Göylərdən yağışı da.
Buludlar aram-aram Səmadan çəkiləndə, Damla-damala nur yağır, Dan yeri söküləndə.
Demə hər gün yenidən, Doğulurmuş kainat. Oyan,ey qafil insan! Sən yalanlar
içində, Qara üzlü günahın Yuxusuna qalmısan. Neçə haqqı çalmısan. Nə eşqdən xəbərin
var, Nədəki oyanışdan. Hər gəlişdə bir sevgi, Hər gedişdə bir həyat. Ey
insan!!! Elə sənin özünsən Nurdan doğmuş kainat. - Zalda hər kəs cox diqqətlə
qulaq asır,söhbətin sonunun nə ilə qurtaracağını gözləyirdilər mənsə davam edərək
fikrimi tamamladım Şahin müəllim də bu kainatdan biridir.Baxın təkcə Şahin müəllim
deyil hər biriniz başqa-başqa istedadlara malik olaraq ayrı ayrılıqda bir
kainatsınız.məni dinlədiyiniz üçün hamınıza təşəkkür edirəm. cox hörmətli sənətkarımız
qaboy ustadı Kamil Cəlilovun yaylıq çıxararaq göz yaşlarını sildiyini gördüm həm
şad oldum, həm də kədərləndim. Şad oldum onun üçün ki,mənim çıxışım ürəklərə
hopmuşdu,qəmləndim onun uçun ki,Kamil müəllim qəmlənmişdi.Məclisdən sonra Kamil
müəllimlə yaxından salamlaşıb hal-əhval tutduq söylədi: Qızım sən o qədər ilhamlı
yazmısan ki,bu şeri... mən göz yaşlarımı saxlaya bilmədim.Siz içinizin qəmini qələmlə
ifadə edirsiniz mən isə bütün yanğılarımı qaboyumla mən bu gün yaşadım.Kamil müəllimin
mənim şıxışıma bu cür qiymət verməsi mənim üçün çox dəyərlidir.Bundan sonra Kamil
müəllimin göz yaşlarının yalnız Allah üçün axmasını arzulayıram.Mən səhnəni tərk
etdim ancaq bu xoş duyğularım yaşadığım günlərdən biri olaraq mənimlə qaldı.Gün
gələcək nə mən,nə Şahin Fazil,nədə ki, qaboy ustadımız Kamil Cəlilov bu məkanda
bu dünyada olacaq,bu dünyada isə bizdən sonra ancaq və ancaq yaşananlar
qalaktika kimi fırlanacaq.
Gülnarə İsrafilqızı.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ