Səmimi
olmaq, səmimi davranmaq ifadələrini hər kəs fərqli mənada başa düşür. Bəziləri
üçün səmimi olmaq saxta təbəssüm etmək, ətrafındakılara saxta sevgi və qayğı
göstərmək, yersiz zarafatlar etmək, qarşısındakı insanı incidəcək tərzdə
hansısa xüsusiyyətini vurğulmaq və s. deməkdir.
Əslində
isə səmimiyyət insanın daxili ilə xaricinin bir olması, dürüst, açıqfikirli və
fikirlərində dəqiq olmasıdır. İnsanın əsl
düşüncələrini və kimliyini gizlətmədən, mənfəət güdmədən, özünü olduğundan fərqli
göstərməyə çalışmadan açıq şəkildə ortaya qoymasıdır. Səmimiyyətin ən önəmli özəlliyi
isə qəlbən yaşanmadığı halda, heç bir şəkildə təqlid edilə bilməməsidir.
İnsanların
çoxu məhz bu incə detalı gözdən qaçırırlar: özlərini qəlibə salıb, olmadıqları
ruh halında və yaşamadıqları əxlaqda görünməyə çalışırlar. Hər nə qədər bunu təbii
şəkildə etməyə çalışsalar da, kənardan baxanlar onların bu aciz hallarını
görür. Və bu ruh halı onların davranışlarına, danışıqlarına sünilik gətirir. Bu
süni davranışlar isə onların əsl xarakterini əks etdirmədiyi üçün insanlarda da
onlar haqqında müsbət fikir əmələ gətirmir. Əksinə onların ikiüzlü xarakteri
ortaya çıxmış olur. Çünki hər insana sanki onun xarakterindəymiş kimi görünməyə
çalışıb, öz ağıllarınca onları təsirlərinə salacaqlarını düşünürlər.
Bunların əksinə, səmimi insanların bütün
davranışları təbii və içlərindən gəldiyi kimidir və bu, insanlar üzərində də
çox dərin və müsbət bir təsir meydana gətirir. Çünki səmimi insanın baxışları,
danışığı, üslubu, mimikaları çox təbii və təsirlidir.
Səmimiyyət isə Allah qorxusu və sevgisi ilə
qazanılır. Quran əxlaqından xəbərsiz olan insanlar süni davranışlarda bir
yalnışlıq görməz, mənfəətləri naminə heç sevmədikləri insanlara saxta sevgi,
qayğı göstərə bilərlər.
Quran əxlaqını yaşayan insanlar isə bu
davranışlardan uzaq olur, çünki qəlbində Allah qorxusu vardır. Heç bir zaman mənfəətləri
uğruna insanların razılığını axtarmağa çalışmırlar, çünki bu cür səviyyəsiz davranışların
insanı həm Allah qatında, həm də insanların gözündə kiçildəcəyini bilirlər.
Allah’ın qəlblərdə olanı bildiyinin şüurundadırlar, necə ki, bir ayədə bu şəkildə
buyurulur:
Şübhəsiz ki, O, kökslərdə olanları Biləndir. (Şura
surəsi 24)
Bu səbəbdən, insanın qəlbində olanı ətrafındakılardan
gizlətməsinin özünə heç bir faydası olmaz. Allah, onsuz da bunu bilir. İnsanın
buna rəğmən başqalarını aldatmağa çalışması böyük bir ağılsızlıq və səmimiyyətsizlik
olar.
Aysel Velizade

Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ