..maması

Bu yazıya counter dəfə baxılıb
..maması üzündə, gözündə dünyanın qəmi, kim səni bu qədər yordu, maması? əllərin isidir məni od kimi saçların elə bil qardı, maması. mənim ürəyimi gözümdən duyan dərdimi dərd etmə, olmasın ayan! sənin ayağının tozu olmayan məni ürəyimdən vurdu, maması. sinəmin üstünə qoy qədəmini təki ağrımasın saçının dəni. görüm ki, dilimdən assınlar məni səni incitdiyim yerdə, maması. bir mələk yaradıb səni Yaradan gəlsin ürəyimə dəysin hər qadan. nolar, məndən öncə getmə dünyadan çəkə bilmərəm bu dərdi, maması.


Gunel Treu
Share on Google Plus

"eqoist": eqoist.net

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ